Haqqımda

7 illik təcrübə ilə ingilis dili tədrisində peşəkar yanaşma və yüksək nəticələr

Fərid Kamilov

Mənim adım Fərid Kamilovdur. Artıq yeddi ildən çoxdur ki, ingilis dili müəllimi kimi fəaliyyət göstərirəm. Bu müddət ərzində müxtəlif təhsil müəssisələrində ingilis dili müəllimi vəzifəsində çalışaraq pedaqoji və idarəçilik təcrübəsi toplamışam.

2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmiş, 1 illik hərbi xidmətimi başa vurduqdan sonra, müəllimlik fəaliyyətimə başlamışam. Fəaliyyətim dövründə daim öz üzərində çalışaraq bilik və bacarıqlarımı inkişaf etdirmişəm.

Bu istiqamətdə beynəlxalq səviyyədə tanınan IELTS təhsil sertifikatı, həmçinin TESOL/TEFL beynəlxalq müəllimlik sertifikatlarını əldə etmişəm. Bu sertifikatlar yalnız ölkəmizdə deyil, dünyanın bir çox ölkəsində müəllimlik fəaliyyətini təsdiqləyən nüfuzlu sənədlərdir.

Hazırda fəaliyyətimi Uğur Tədris Mərkəzində davam etdirirəm. Tələbələrimin uğurları mənim peşəkar fəaliyyətimin əsas göstəricilərindəndir. IELTS üzrə hazırladığım tələbələr orta hesabla 6.5–7.0 bal, abituriyentlər isə 83–87 bal nəticə əldə edirlər.

"Bu uğurlar pedaqoji fəaliyyətimdə tətbiq etdiyim müasir tədris metodlarının səmərəliliyini və davamlı inkişaf prinsipinə sadiqliyimi göstərir."

Peşəkar Təcrübəm

Universitet

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Sertifikatlar

IELTS, TESOL/TEFL beynəlxalq sertifikatları

İş Yeri

Uğur Tədris Mərkəzi

Nəticələr

IELTS 6.5-7.0, Abituriyent 83-87 bal

7+
İl Təcrübə
1000+
Məzun Tələbə